Home / Şəbəkə / Cisco / Cisco IOS da NetFlow sazlanması
netflow-record

Cisco IOS da NetFlow sazlanması

İstifadəçilərə daha keyfiyyətli xidmət göstərilmək üçün şəbəkənin işinin optimallaşdırılması vacibdir. Lakin şəbəkədə dövr edən trafik haqqında məlumat olmadan bunu etmək çətindir. Cisco IOS da Netflow protokolu məhz trafiki monitorinq etməyə kömək edir. Bu yazıda qeyd olunan protokolun sazlanması haqqında danışacağıq. Topologiyada bir ədəd 7200 marşrutlayıcı bir ədəd komutator və iki PC var:

netflow-topology

Netflow bir neçə komponentdən ibarətdir:

  • Sensor keçən trafiki toplamaq üçün istifadə olunur. Sensorları şəbəkənin dar yerlərinə, məsələn provayderə qoşulu olan avadanlıqda qurmaq daha məqsədəuyğundur.
  • Kollektor Sensorlardan daxil olan informasiyanı cəmləyir və növbəti analiz üçün müvafiq faylda saxlayır.
  • Analizator kollektor tərəfindən generasiya edilmiş faylı analiz edərək oxunaqlı hala salır. Müasir həllərdə kollektor və analizator bir həll çərçiəvəsində olur.

Marşrutlayıcının ilkin konfiqurasiyası

interface FastEthernet0/0
 ip address 192.168.1.1 255.255.255.0
 ip virtual-reassembly
 duplex half
!         
interface FastEthernet1/0
 ip address dhcp
 ip virtual-reassembly
 duplex auto
 speed auto
!

NAT konfiqurasiyası:

ip nat inside source list FOR-NAT interface FastEthernet1/0 overload
!
ip access-list extended FOR-NAT
permit ip 192.168.1.0 0.0.0.255 any


interface FastEthernet0/0
 ip nat inside

interface FastEthernet1/0
 ip nat outside

NetFlow konfiqurasiyası:

ip flow-export source FastEthernet0/0
ip flow-export version 9
ip flow-export destination 10.55.10.55 2055
ip flow-top-talkers
 top 2
 sort-by bytes
!

interface FastEthernet0/0
 ip flow ingress

Marşrutlayıcının özündə NetFlow-u yoxlamaq üçün aşağıdakı komandalardan istifadə etmək olar:

show ip flow export
show ip cache flow
show ip cache verbose flow
show ip flow interface
show ip flow top-talkers

show ip flow export – NetFlow protokolun ümumi konfiqurasiyasını əks etdirir:

R1#sh ip flow export 
Flow export v9 is enabled for main cache
  Export source and destination details : 
  VRF ID : Default
    Source(1)       192.168.1.1 (FastEthernet0/0)
    Destination(1)  10.55.10.55 (2055) 
  Version 9 flow records
  0 flows exported in 0 udp datagrams
  0 flows failed due to lack of export packet
  0 export packets were sent up to process level
  0 export packets were dropped due to no fib
  0 export packets were dropped due to adjacency issues
  0 export packets were dropped due to fragmentation failures
  0 export packets were dropped due to encapsulation fixup failures

show ip cache flow – NetFlow protokolunun marşrutlayıcıda topladığı keşə baxmaq üçün istifadə olunur:

R1#show ip cache flow 
IP packet size distribution (0 total packets):
   1-32   64   96  128  160  192  224  256  288  320  352  384  416  448  480
   .000 .000 .000 .000 .000 .000 .000 .000 .000 .000 .000 .000 .000 .000 .000

    512  544  576 1024 1536 2048 2560 3072 3584 4096 4608
   .000 .000 .000 .000 .000 .000 .000 .000 .000 .000 .000

IP Flow Switching Cache, 4456704 bytes
  0 active, 65536 inactive, 0 added
  0 ager polls, 0 flow alloc failures
  Active flows timeout in 30 minutes
  Inactive flows timeout in 15 seconds
IP Sub Flow Cache, 533256 bytes
  0 active, 16384 inactive, 0 added, 0 added to flow
  0 alloc failures, 0 force free
  1 chunk, 1 chunk added
  last clearing of statistics never
Protocol         Total    Flows   Packets Bytes  Packets Active(Sec) Idle(Sec)
--------         Flows     /Sec     /Flow  /Pkt     /Sec     /Flow     /Flow

SrcIf         SrcIPaddress    DstIf         DstIPaddress    Pr SrcP DstP  Pkts

show ip flow top-talkers şəbəkədən ən çox istfadə edən hostların IP ünvanlarını, müraciət etdikləri resursların IP-lərini və istifadə olunan protokol və portları əks etdirir.

NetFlow server

Bu yerdə GNS3 məni pis vəziyyətdə qoydu və trafiki qeyd olunan ünvana göndərmədi. Lakin real şəbəkələrdə belə problemlər yaşanmır. O ki, qaldı NetFlow analizatora, bazarda bu həlli təqdim edən bir çox şirkətlər var: Solarwinds Real-Time Netflow Traffic Analyzer (məhz bu ödənişsizdir), Solarwinds NetFlow Traffic Analyzer – bu ödənişlidir və daha geniş funksiyalara malikdir; PRTG Network Monitor; ntopng və nProbe bu həll pulsuzdur və Linux ƏS üçün nəzərdə tutulub.

Həllərin əksəriyyəti ödənişli olsa da 30 günlük sınaq versiyasını əldə etmək olar. Daha sonra isə bəyəndiyiniz həlli seçib ala bilərsiniz.

Yazını paylaş
x

Check Also

multichassis-etherchannel-vpc-nexus

Virtual Port-channel nədir?

vPC dayanıqlı və yüksək ötürücülük qabiliyyətinə malik şəbəkə qurmaq üçün istifadə olunan texnologiyalrdandır. Bu yazıda vPC-dən danışacağıq.

cisco avto-reload

Cisco IOS avto-reload

Şəbəkə inzibaçıtları adətən avadanlıqları kilometrlərlə uzaqlıqdan idarə edirlər. Bu səbəbdən hər hansı səhv komanda avadanlığa girişi məhdudlaşdıra bilər. Xüsüsən Cisco ...

rConfig – konfiqurasiyanın ehtiyat nüsxəsinin çıxarılması

Şirkətlərdə şəbəkənin kəsintisiz fəaliyyət göstərməsi vacibdir. Bu səbəbdən şəbəkə mühəndisləri mümkün riskləri hesablayaraq, qarşısını almaq üçün tədbirlər görməlidir. Tədbirlərdən biri də avandalıqların konfiqurasiyasının ehtiyat nüsxəsini çıxarmaqdır.