Home / Şəbəkə / Cisco / Cisco IOS avto-reload
cisco avto-reload
cisco avto-reload

Cisco IOS avto-reload

Şəbəkə inzibaçıtları adətən avadanlıqları kilometrlərlə uzaqlıqdan idarə edirlər. Bu səbəbdən hər hansı səhv komanda avadanlığa girişi məhdudlaşdıra bilər. Xüsüsən Cisco avdanlıqlarında komanda dərhal tətbiq olunur və avadanlığa giriş itərsə konfiqurasiyanın qaytarmağın yeganə yolu cihazın söndürülüb-yandırılmasıdır.

Bir çox hallarda filialda yerləşən personaldan bu prosesi etməyi xahiş etmək olar. Bəs əgər filial avtonom çalışırsa və ya qeyri-iş günüdürsə?

Belə halda köməyə Cisco İOS-un avtomatik yenidənbaşlama komandası reload köməyə çatır. Komandanın işləməsi üçün sistem vaxtı tənzimlənməlidir.

Router#clock set 11:00:00 11 Jan 2022
Router(config)#clock timezone Baku 4 0
Router#reload in 10
Router#reload at 11:00 11 Jan 2022 reason Incorrect Command

Burada reload in avadanlığı göstərilən zamandan sonra yenidən başladacaq. reload at komandası isə planlaşdırılmış yenidən başlatma üçün daha əlverilşlidir. Məsələn, qeyri-iş saatlarında avadanlığı yenidən başlatmaq üçün istifadə oluna bilər. reason açarsözü isə yenidənbaşlamanın səbəbini qeyd etmək üçün istifadə olunur.

Əgər konfiqurasiyadan sonra avadanlıq şəbəkədən itmədisə reload komandası ləğv edilməlidir:

Router#reload cancel

reload komandasını əlavə opsiyaları üçün reload ? birləşməsindən istifadə etmək kifayətdir.

Yazını paylaş
x

Check Also

vPC – çökmə ssenariləri

Bu yazıda isə vPC-nin çökmə ssenarilərinə nəzər salacağam. vPC- nin bir neçə çökmə ssenarisi var və bu yazıda hər birini izah edəcəyəm. Yazı boyu aşağıdakı topologiyaya istinad edəcəyəm.

bgp-protocol-netadmin-az

BGP – ilkin konfiqurasiya və marşrutların elanı

Bu yazıda əsasən provayderlərlə bağlantıda istifadə olunan BGP protokolu haqqıdan danışacağıq. Sonda isə kiçik bir topologiyanı sazlayacağıq.

multichassis-etherchannel-vpc-nexus

Virtual Port-channel nədir?

vPC dayanıqlı və yüksək ötürücülük qabiliyyətinə malik şəbəkə qurmaq üçün istifadə olunan texnologiyalrdandır. Bu yazıda vPC-dən danışacağıq.