Home / Şəbəkə / Cisco / Şəbəkədə fasilə yaratmadan Etherchannel qurulması
etherchannel
etherchannel-on-cisco-devices

Şəbəkədə fasilə yaratmadan Etherchannel qurulması

Xoş gördük, həmkarlar!

Bu yazımızda işlək şəbəkədə etherchannel texnologiyasının aktivləşdirmək haqqında danışacağıq. Güman edirəm ki, bu texnologiya haqqında məlumatınız var. Amma qısa da olsa izah vermək istərdim.

Etherchannel Cisco şirkəti tərəfindən işlənib hazırlanmış kanalların birləşmə (aqreqasiya) texnologiyasıdır. Bu həll sayəsində bir neçə fiziki kanalı bir məntiqi kanalda cəmləşdirməklə kanalın ötürücülük qabiliyyətinin artırmaq olar. Həmçinin bu texnologiya etibarlı bağlantı qurmağa imkan yaradır.

Etherchannel konfiqurasiyası

Fərz edək ki, bir nüvə (core) kommutatoruna iki linklə bağlı olan access-layer komutatorumuz var. Şəbəkədə qapalı dövrə (loop) yaranmaması üçün STP (Spanning-Tree Protocol) texnologiyası işə düşür və linklərdən biri bloklanır. Əgər əsas linkdə problem yaranarsa, bloklanmış link açılacaq və şəbəkənin işi bərpa olunacaq. Lakin STP versiyasından asılı olaraq buna bir müddət vaxt lazım olacaq. Bu zaman ərzində isə şəbəkənin işində fasilə yaranacaq. Etherchannel texnologiı ilə bu problemi həll etmək olar. Konfiqurasiyaya başlamazdan əvvəl nüvə kommutatorda (topologiyadan aslıl olaraq bu distirbution da ola bilər) digər kommutatorların qoşulduqları portları müəyyən etmək lazımdır. Bunun üçün show cdp neighbors komandasında istifadə olunur. Monitorinq üçün hər iki avadanlığın İP-lərinə PİNG qoymaq lazımdır. Hazırlıqlardan sonra STP tərəfindən bloklanmış portu shutdown komandası ilə söndürürük. Bunu core və ya distribution komutator tərəfdə etmək daha rahat olar. Ardından hər iki komutatorda məntiqi portu konfiqurasiya edirik.

AccSwitch-2#conf t
AccSwitch-2(config)#int port-channel 1
AccSwitch-2(config-if)#switchport mode trunk
CoreSW#conf t
CoreSW(config)#int port-channel 10
CoreSW(config)#switchport mode trunk

Daha sonra isə fiziki portun sazlanmasına keçirik:

AccSwitch-2(config-if)#int gi1/0/47
AccSwitch-2(config-if)#switchport mode trunk
AccSwitch-2(config-if)#channel-group 1 mode on
CoreSW (config-if)#int gi2/0/38
CoreSW (config-if)#switchport mode trunk
CoreSW (config-if)#channel-group 10 mode on

Başlanğıc üçün minumal konfiqruasiyanı yazırıq. Əgər komutatorlarda DHCP Snooping və Dynamic ARP Inspection qurulubsa həm məntiqi, gəm də fiziki interfeyslərin altında ip dhcp snooping trust ip arp inspection trust komandalarını yazmaq lazımdır.

Bütün bunlardan sonra əvvəldə söndürdüyümüz portu (işlək olan portu söndürmək lazım deyil, əks halda həmin komutatorda şəbəkə itəcək) no shutdown komandası ilə yandırmaq olar. Bu zaman maksimum bir PING paketi itəcək ki, bu daTCP sessiya qırılmadığına görə kritik deyil. Sonra isə əvvəl işlək olan portu söndürüb, müvafiq sazlamaları edib yandırırq. Beləliklə, şəbəkədə fasilə yaratmadan etherchannel konfiqurasiya etmiş olduq.

Diqqət! Bundan sonra UpLink portlarda edilməli bütün dəyişikliklər məntiqi interfeysdə edilməlidir. Edilən dəyişikliklər avtomatik olaraq məntiqi interfeysə daxil olan fiziki interfeyslərə tətbiq olunacaq.

Yazını paylaş
x

Check Also

multichassis-etherchannel-vpc-nexus

Virtual Port-channel nədir?

vPC dayanıqlı və yüksək ötürücülük qabiliyyətinə malik şəbəkə qurmaq üçün istifadə olunan texnologiyalrdandır. Bu yazıda vPC-dən danışacağıq.

cisco avto-reload

Cisco IOS avto-reload

Şəbəkə inzibaçıtları adətən avadanlıqları kilometrlərlə uzaqlıqdan idarə edirlər. Bu səbəbdən hər hansı səhv komanda avadanlığa girişi məhdudlaşdıra bilər. Xüsüsən Cisco ...

netflow-record

Cisco IOS da NetFlow sazlanması

İstifadəçilərə daha keyfiyyətli xidmət göstərilmək üçün şəbəkənin işinin optimallaşdırılması vacibdir. Lakin şəbəkədə dövr edən trafik haqqında məlumat olmadan bunu etmək çətindir. Cisco IOS da Netflow protokolu məhz trafiki monitorinq etməyə kömək edir.