Təhlükəsizlik, orkestrlədirşmə, avtomatlaşdırma və reaksiya vasitələri (Security, Orchestration, Automation and Response – SOAR) IT komandaların insidentlərə veriləcək reaksiyanı müəyyənləşdirməyə, standartlaşdırmağa və avtomatlaşdırmağa imkan verən proqram məhsullarıdır. Əksər şirkətlər bu vasitələrdən təhlükəsizlik əməliyyatlarını və proseslərini avtomatlaşdırmaq, insidentlərə qarşı təbdir görmək və boşluqları və təhdidləri idarə etmək üçün istifadə edirlər.
Bir qayda olaraq, SOAR həlləri təhlükəsizlik əməkdaşlarına mənbələrdən mövcud və potensial təhlükə və zəiflikləri aşkar etmək, təhlil etmək və aradan qaldırmaq üçün təhlükəsizlik haqqında məlumatlar toplamağa imkan verir. Beləliklə, bu alətlər şirkətlərə təhlükəsizlik ilə bağlı hadisələrə daha sürətli, səmərəli və ardıcıl reaksiya vermələrini təmin etmək üçün infrastruktur haqqında daha detallı görünüş təmin edir.
İdeal SOAR həlli aşağıdakıları özündə cəmləməlidir:
- Müxtəlif təhlükəsizlik sistemlərindən məlumat və bildirişlərin qəbulu və təhlili.
- İnformasiya təhlükəsizliyi şöbəsinə təhlükəsizlik xəbərdarlıqlarının prioritetlərinin müəyyənləşdirmək, araşdırmaq və tədbir görmək üçün lazım olan iş proseslərinin müəyyənləşdirilməsi, yaradılması və avtomatlaşdırılması imkanı.
- Əməliyyatların yaxşılaşdırılması üçün daha çox alətləri idarəetmə və bredlərlə inteqrasiya.
- Qəzadan sonrakı təhlili aparmaq və təhlükəsizllik qruplarına öz iş proseslərini təkmilləşdirmək və bu cür problemlərin qarşısını almaq imkanlarının olması.
- Təhlükəsizlik əməliyyatlarının əksəriyyətini avtomatlaşdırır, təkrarlanan tapşırıqları aradan qaldırır və komandalara vaxta qənaət etməyə və insan müdaxiləsini tələb edən daha mürəkkəb işlərə yönəlməyə imkan verir
Bu cür alətlər informasiya toplamaq, zənginləşdirmək və məlumatların korrelyasiyası və s. kimi təkrarlanan vəzifələrin avtomatlaşdırılması üçün süni intellekt, ML və digər texnologiyalar əsasında işləyir. Bu yanaşma komandalara geniş təhlükəsizlik məsələlərinə daha sürətli və genişmiqyaslı cavab verməyə kömək edir.
Bundan əlavə, əksər SOAR həllərində təsdiqlənmiş təcrübə və prosedurlara əsaslanan təlimatlar olan pleybuklar mövcuddur. Pleybukların istifadəsi ardıcıllıq, normativlərə uyğunluq, hadisələrin daha sürətli və etibarlı identifikasiyası və aradan qaldırılmasını təmin edir.
Hazırda bazarda təhlükəsizliyi təmin etmək üçün bir çox məhsul var. Bu materialda konkret tələblərə uyğun məhsulu seçməyə kömək etmək üçün ən yaxşı SOAR həllərinin siyahısı təqdim olunub.
Gəlin onlara nəzər salaq.
1. Splunk Phantom
Splunk Phantom komandalara daxili və xarici təhdidləri aşkar etmək və onlara reaksiya vermək üçün geniş təhlükəsizlik vasitələri ilə inteqrasiya olunan bir həlldir. O, pleybukların vizual redaktoru (VPE) ilə təqdim olunur ki, bu da təhlükəsizlik mütəxəssislərinə və proqramçılara kompleks pleybukların yaradılması üçün sürükləmə (drag and drop) funksiyasından istifadə etməyə imkan verir.

Əsas xüsusiyyətlər
- Müəyyən iş prosesləri üçün istifadəçi avtomatlaşdırma proseslərinin hazırlanması.
- Məlumatların filtrləşdirilməsi və tənzimlənən təhlükəsizlik hərəkətlərinin müəyyənləşdirilməsi
- Komandalara əməkdaşlıq etməyə və real vaxt rejimində təhlükəsizlik ilə bağlı vacib qərarlar qəbul etməyə imkan verir.
- Şirkətdə təhlükəsizliyin artırılması və insidentlərin tez aradan qaldırılmasını təmin edir
- Vahid platformada toplanan vizualizasiya imkanı
- Bu həll tərəfindən idarə olunan təhlükəsizlik hadisələrini göstərən “Gündəlik hadisələr” funksiyası (EPD).
2. IBM Resilent
IBM Resilient – təhdidlərin aşkarlanması və insidentlərə qarşı tədbir görmək imkanları genişləndirilmiş ML əsasında hazırlanmış platformadır. SOAR həllinin həm yerində qurulma, həm MSSP xidməti (Managed Security Service Provider), həm də Security as a Service (SaaS) yerləşdirmə modeli kimi. O, komandalara vahid platforma və əməliyyatları avtomatlaşdırmaq, yoxlama aparmaq, qarşılıqlı əməkdaşlığı yaxşılaşdırmaq və təhdidləri daha sürətli və səmərəli aradan qaldırmaq imkanı verir.

Əsas xüsusiyyətlər
- Komandalara təhdidlərin ətraflı araşdırılmasına və xəbərdarlıq təhlükəsizlik siqnallarına giriş imkanı verir ki, bu da hər hansı bir hadisəyə tez reaksiya verməyə və onları idarə etməyə imkan verir.
- Unikal biznes ehtiyaclarını ödəmək üçün çevik yerləşdirmə, avtomatlaşdırma və orkestrləşdirmə imkanları
- Təhlükəsizlik ilə bağlı hadisələr haqqında məlumat almaq, onları analiz etmək və prioritetlərini müəyyənləşdirmək, sonra isə müvafiq tədbirlər görmək imkanı verir.
- Sistemlərin etibarlılığını yoxlamaq üçün kiberhücumların modelləşdirilməsi və pleybukların təhlükəsizlik tələblərinə cavab verib-vermədiyini yoxlama funksiyası. Bu funksiya qruplara tələblərə uyğunluq auditini yerinə yetirməyə kömək edir.
- Təhlükəsizliklə bağlı hadisələrin səmərəli həlli üçün komandalara müvafiq bilik və tövsiyələr vermək üçün dinamik və additiv dərsliklər.
3. DFLabs IncMan
DFLabs IncMac – şirkətlərin təhlükəsizlik və avtomatlaşdırma səviyyəsini artırmasına kömək edən çoxfunksiyalı, çevik və genişlənə bilən bir SOAR platformasıdır. Veb və ya SaaS (Security as a Service) platformada çalışan bu həll avtomatlaşdırma, hadisələrə reaksiya proseslərinin ölçülməsi və idarə edilməsi və təhlükəsizliyin təmin edilməsi kimi əməliyyatlara uyğundur.
AI bazasında vahid intuitiv anlayışlı bu alət, təhlükəsizliklə bağlı çox sayda insidentlərin aşkarlanmasını və idarə olunmasını asanlaşdırır.

Əsas funksiyalar
- Digər təhlükəsizlik vasitələri ilə inteqrasiya olunur ki, bu da müxtəlif komandalar arasında fasiləsiz iş və faydalı informasiya mübadiləsini təmin edir.
- Tənzimlənə bilən KPI, cədvəllər şəklində ətraflı hesabatlar və düzəlişlərin yerinə yetirilməsi kimi funksiyaları var. Bu məlumat müxtəlif maraqlı tərəflərə öz səylərinin səmərəliliyini qiymətləndirməyə imkan verir.
- ML və təhdidlərin müəyyən edilməsi üzrə qabaqcıl texnologiyalar əsasında insidentlərin tam kompleks idarə edilməsi, yəni: araşdırmaların idarə edilməsi, hadisələr üzrə hesabat, audit üçün qeydlər, düzəliş və profilaktik hərəkətlər (CAPA), tənəzzülə dözümlülük və s. daxildir.
- Insidentlərin tez aşkarlanmasını, reaksiya verməyi, düzəltməyi və müxtəlif triggerlər əsasında cavabların prioritetlərinin müəyyənləşdirilməsini təmin edir.
- Təhlükəsizlik təhdidlərinin araşdırılmasını, təhdidlərin axtarılmasını və hadisə ilə bağlı məlumatların toplanmasını avtomatlaşdırır.
4. Insightconnect
Rapid7 Insightconnect təhlükəsizlik proseslərini minimum kod yazmaqla və ya onsuz inteqrasiya edən, optimallaşdıran və sürətləndirən bir SOAR həllidir. Platforma müxtəlif texnologiyalar arasında tam inteqrasiyanı və dəqiq kommunikasiyanı təmin etmək üçün təhlükəsizlik vasitələri və komandaları birləşdirir.

Əsas xüsusiyyətlər
- Hücumları, zərərli proqramları, fişinq hücumlarını, komprometasiya edilmiş istifadəçi hesablarını, boşluq olan şəbəkə portlarını və s müəyyən edir, bloklayır və cavab tədbiri görmək üçün vasitələr təqdim edir.
- Zərərli proqramların, yoluxmuş URL ünvanlarının və domenlərin, habelə şübhəli hərəkətlərin tez identifikasiyası üçün təhdidlərin və digər proseslərin axtarışının avtomatlaşdırılmasını təmin edir.
- Elektron poçt vasitəsilə virusların, zərərli proqramların və fişinq hücumlarının, habelə digər zərərli proqramların aşkarlanması, bloklanması və araşdırılması avtomatlaşdırılması funksiyası var.
- Təhlükəsizlik ilə bağlı hadisələrə daha sürətli və daha ağıllı cavab vermə qabiliyyəti və real zaman rejimində visuallaşdırmanı təmin edir
- Hadisələrə cavab verməyi sürətləndirmək üçün pleybukların avtomatik işə salınmasını dəstəkləyir.
5. RespondX
LogRhythm RespondX, real vaxt rejimində təhdidlərin etibarlı şəkildə aşkarlanmasını təmin edən və şirkətlərin təhlükəsizlik səviyyəsini artırmasına imkan verən sadə bir SOAR həllidir. SmartResponse funksiyası iş proseslərinin avtomatlaşdırılmasına və təhdidlərin araşdırılması və onlara cavab vermə proseslərinin sürətləndirilməsinə kömək edir.

Əsas xüsusiyyətlər
- Məlumatların toplanmasından və cihazların karantinə salınmasına, şəbəkə aktivlərinin və portların bloklanmasına qədər təhlükəsizlik insidentlərinə reaksiya proseslərini dəstəkləyən kompleks vasitə.
- Gələcəkdə bu cür hücumların qarşısını almaq üçün bütün risklərin səmərəli azaldılması, boşluqların aşkarlanması və aradan qaldırılması üçün hadisələrə reqaksiya vermə proseslərinin avtomatlaşdırılması.
- Hadisənin istintağı zamanı dəymiş zərərin müəyyənləşdirilməsi və aktivlərin bərpa edilməsi
- Jurnal məlumatları, xəbərdarlıqlar və digər məlumatlar daxil olmaqla ən yeni məlumatları əks etdirən istifadəçi interfeysi.
- Riskli və ya komprometasiya olunmuş istifadəçi hesablarının, proseslərin və şəbəkə qoşulmalarının avtomatik dayandırılması.
6. Exabeam
Exabeam insidentlərə cavab vermə vasitəsi təhlükəsizlik təhdidlərini aşkar etmək, araşdırmaq və müvafiq tədbir görmək üçün güclü, qənaətli, sürətli və təhlükəsiz platformadır. Sadə istifadəçi interfeysi olan rahat, avtomatlaşdırılmış vasitə təhdidlər, müxtəlif istiqamətlərdən gələn hücumlar və s. ilə mübarizə aparmaq üçün həll yolu təqdim etməklə əllə istintaq və nəticələri yumşaltmaq işlərini aradan qaldırır.

Əsas xüsusiyyətlər
- Yüksək səviyyəli ekspert bilikləri tələb etməyən vahid, asan, təhlükəsizlik idarəetmə platforması təqdim edir.
- Sadə istifadə və sürətli axtarış.
- Həm daxili, həm də xarici təhlükələri müəyyənləşdirmək üçün mütərəqqi insident aşkarlama imkanı.
- Quraşdırılmış, tənmizlənə bilən və avtomatlaşdırılmış pleybuklar insidentlərə qarşı standartlaşmış tədbirləri səhvsiz, sürətli görməyə, təkrarlanan işləri avtomatlaşdırmağa imkan verir.
- İstifadəçin baza davranış modelini və zaman şkalasını qurmağa kömək edən quraşdırılmış vasitə təqdim edir. Göstəricilər təyin olunmuş həddə çatdıqda xəbərdarlıq edir və ya dərhal müdaxilə tələb edir.
7. ServiceNow
ServiceNow Security Operations – insidentləri və boşluqları idarə etmək, həmçinin təhlükəsizlik olan təhdidlərin aşkarlanmaq, konfiqurasiyanın standartlara uyğunluğunu artırmaq üçün hazırlanmış güclü korporativ həlldir. Bir qayda olaraq, SOAR vasitəsi hücumları və təhlükələri təhlil etməyə, aşkar etməyə, aradan qaldırmağa və hücumdan sonra bərpa etməyə imkan verir. Beləliklə, o, təhlükəsizlik hadisələrinin tam həyat dövrünü idarə etmək üçün kompleks həll yolu təqdim edir.

Əsas xüsusiyyətlər
- Təhlükəsizlik vasitələrinin, proses və hərəkətlərin və digər vasitələrin avtomatlaşdırılması
- Komandalara zəif yerləri vaxtında müəyyənləşdirməyə və aradan qaldırmağa və hücumların qarşısını almağa imkan verən boşluqlar üzrə hesabatı.
- Müvafiq biznes prosesləri ilə birlikdə təhlükəsizliklə bağlı son hadisələr və boşluqlar haqqında məlumat verir.
- Təhlükəsizlik, boşluq, səhv konfiqurasiya edilmiş aktivlər və digər risklərlə bağlı hadisələri daha tez müəyyənləşdirməyə, prioritet təyin etməyə və reaksiya verməyə imkan verir.
- Analitik hesabatlar və monitorinq panelləri vasitəsilə təhlükəsizlik vəziyyətini, dar yerləri və tendensiyaları anlamağa imkan verir.
8. SIRP
SIRP, hazır texnologiya və təhlükəsizlik funksiyalarının əksəriyyəti ilə inteqrasiya oluna bilən və komandalara vahid idarəetmə nöqtəsi, avtomatlaşdırma, tam görünüş və hadisələrin idarə edilməsi platforması təqdim edən etibarlı, universal bir SOAR həllidir. Təhlükəsizliyin təmin edilməsi üçün həll bütün infrastruktur üzrə bir neçə müxtəlif mənbədən məlumat toplayır.
Bu həll təhdidlərin araşdıraraq və təhlil edərək məlumatları zənginləşdirir, sonra onları boşluqlara, insidentlərə və digər təsnifatlara görə tənzimləyir.

Əsas xüsusiyyətlər
- Qiymətli məlumatları və təhlükəsizlik baxımından yaxşılaşdırılmış görünüş təqdim edir
- Hər insidentə, boşluğa risklilik dərəcəsi təyin edir və işçiyə xəbərdarlıq edir ki, bu da qruplara prioritet qoymağa imkan verir.
- 70-dən çox təhlükəsizlik vasitəsi ilə inteqrasiya və bir platformadan 350 müxtəlif işi görməyə imkan verir.
- Intuitiv monitorinq paneli, ətraflı hesabatlar və hadisə auditləri ilə sistemlərin təhlükəsizlik vəziyyətinin tam görünməsini təmin edir
- Sadə avtomatlaşdırılmış pleybuk sürükləmə üsulu ilə iş proseslərini sadələşdirməyə və yoxlanılan proseslər əsasında hadisələrə səmərəli reaksiya verməyə kömək edir.
Qənaət
Təhlükəsizlik, idarəetmə, avtomatlaşdırma və cavab vermə vasitələri zəifliklərin idarə olunmasını optimallaşdırmağa kömək edir, təhdidlərə cavab vermə proseslərinin effektivliyi artırır, problemlərin həlli vaxtını azaldır və vəsaitlərə qənaət edir.
Bir çox SOAR həlli olsa da, heç biri şirkətlərin qarşılaşdığı bütün təhlükəsizlik problemlərini həll etmirlər. Buna görə də, həllini seçərkən, şirkətiniz üçün ən vacib olan əsas funksiyalara diqqət yetirin və tələblərinizə ən uyğun olanları seçin.
Mənbə: Geekflare
netadmin.az IT haqqında Azərbaycan dilində