Home / Sistem / MS Active Directory – təməl anlayışlar

MS Active Directory – təməl anlayışlar

İstifadəçi sayı 10-dan çox olan şirkətlərdə istifadəçilərin mərkəzləşdirilmiş idarəetmə sisteminin olması daha məqsədəuyğundur. Bu bizə infrastruktur daxilind həm istifadəçi hüquqlarını tənzimləməyə, həm də təhlükəsizlik və digər siyasətləri vahid sistemdən tətbiq etməyə imkan verir.

Bu gün ən geniş istifadə olunan belə bir sistem Microsoft Şirkətinin məhsulu olan Active Directory həllidir. Bu dəfəki yazımızda Active Directory-nin təməl anlayışlarına nəzər salacağıq. Bir çox müsahibələrdə verilən suallardan biri də məhz  “Active Directory nədir? “ olur.

Active Directory (AD) sistemi Microsoft Windows Server Əməliyyat Sisteminin ümumi mərkəzdən idarə etmək üçün istifadə olunan ən əsas alətlərdən biridir. Active Directory-də autentifikasiya Kerberos protokolu ilə həyata keçirilir. AD-də varsayılan olaraq parolun müddəti 42 günə bərabərdir.

Active Directory özü 2 hissəyə bölünür:

  1. Fiziki  (Physical)
  2. Məntiqi (Logical)

Fiziki struktura aiddir: Domain Controller (DC), Site
Məntiqi Struktura aiddir: Forest (meşə), Domain (domen), Tree (ağac)

Əksər hallarda şirkətlərin AD strukturu bir forest bir domen və bir tree-dən ibarət olur. Bu ən bəsit strukturdur. Təbii ki, istifadəçi sayı onminlərlə ölçülən şirkətlərdə daha mürəkkəb struktur ola bilər.

Active Direcrory-də ən kiçik məntiqi hissə obyektdir. Bütün siyasətlər, konfiqurasiyalar obyektlərə tətbiq edilir. Kompüterlər(Computers), istifadəçilər (Users), qruplar (Groups) və printerlər Active Directory obyektləri sayılır.

Qruplar

AD daxilində qruplar istifadəçiləri, kompüterləri və digər qrupları vahid yerdə toplayaraq bir siyasəti tətbiq etməyə imkan verir. Məsələn, Maliyyə departamentinin 130 əməkdaşına xüsusi qovluqlara icazə verilməlidir. Bunu bir-bir də etmək olar, amma bu proses həm uzundur, həm də çevik deyil. Bir əməkdaş işdən çıxarsa yerinə yenisi gələrsə bütün qovlulaqların icazələrinə yenidən baxılmalıdır. Amma 130 istifadəçini bir qrupa əlavə edib, qovluğa isə icazəni qrupa görə vermək olar. Bu həm daha çevik, həm də daha təhlükəsiz həlldir. Qruplar əhatə dairəsinə görə  3 cür olur – Domain local, Global və Universal.

  • Domain local: bu tipli qrupun təsir dairəsi ancaq bir domen daxilində olur. Bu tip qrupa meşə daxilindəki bütün etibarlı domenlərdən istifadəçilər, kompüterlər, qlobal və universal qruplar üzv kimi əlavə edilə bilər. Domain local qruplarına eyni domendə olan digər local qruplar da əlavə edilə bilər. Bu növ quplar yalnız bir domen daxilində hüquqların verilməsi üçün istifadə olunur.
  • Global: adətən AD daxilində yaradılmış qruplar Global tipli olur. Adından da göründüyü kimi, bu qrupların əhatə dairəsi daha genişdir və domenin aid olduğu forest daxilində də işləyir.
  • Universal: belə qruplar çoxdomenli mühitlərdə adətən partnyor şirkətlərə domen üçün spesifik olan hər hansı hüquqların verilməsi və ya şirkətlərin birləşməsi zamanı istifadə olunur. Bu tip qruplara üzv kimi meşə daxilində olan bütün domenlərdən istifadəçilər, kompüterlər, digər universal və qlobal qruplar əlavə edilə bilər.

Qrupların təyinatına görə iki növü var: Security və Distribution. Security (Təhlükəsizlik) qrupları icazələrin verilməsi üçün istifadə edilir. DC-də yardılmış bütün qruplar Security qruplar olur.

Distribution qruplar isə elektron məktubların toplu göndərilməsi üçün istifadə edilir. Mail Serverdə (Exchnage Server) yaradılmış qruplar adətən Distribution qruplar olur.

Xülasə

Microsoft Active Directory mövzusu çox böyük mövzudur. Bir yazıda əhatə etmək olsa da, yazı çox uzun olar. Bu səbəbdən ilk yazıda yalnız təməl anlayışları vermişik. Növbəti yazılarımızda Active Directory haqqında daha geniş danışacağıq.

Yazını paylaş
x

Check Also

Linux-da şifrənin sıfırlanması

Bəzi hallarda sistemdə əməliyyatları məhz root istifadəçisi ilə etmək lazım olur. Məsələn, bu günlərdə çox geniş yayılmış konteyner sistemlərini ƏS-də root istifadəçisi ilə qurmaq tələb olunur. Belə məqamda root istifadəçisinin şifrəsini itirmək heç də xoşagələn hal deyil. Bu yazımızda belə xoşagəlməz halın həllini verəcəyik.

dns-cover-image

dig, nslookup – DNS problemlərinin araşdırılması

dig və nslookup DNS problemlərinin araşdırılması üçün istifadə olunur. dig Linux-da, nslookup isə həm, Linux həm də Windows-da var.

ping, traceroute – şəbəkə yoxlama alətləri

Şəbəkədə problemin səbəbi çox ola bilər, adi fiziki bağlantıdan tutmuş, provayder səviyyəsinə qədər. Problemin hardan qaynaqlandığını tapmaq üçün şəbəkədə çalışan bütün avadanlıqlarda təməl alətlər var. Bunlar ping və traceroute tətbiqləridir.