Home / Şəbəkə / Cisco / Cisco ASC-də root şifrənin sıfırlanması
cisco-secure-acs

Cisco ASC-də root şifrənin sıfırlanması

İT sahəsində işləyənlər yaxşı bilir ki, zaman-zaman hansısa sistemlərin şifrələrini sıfırlamağa ehtiyac yaranır. Lakin söhbət Cisco ACS haqqındadırsa, bu proses heç də asan olmaya bilər. Bu sahədəki təcbrübəmlə maraqlananları növbəti yazımı oxumağa dəvət edirəm.

Deməli Cisco ACS-da iki tip admin istifadəçi var: veb-interfeysdə admin hüquqlarına malik istifadəçi və komdanda sətri rejimində admin istifadəçi, Linux dili ilə desək – root. Mən ikinci istifadəçinin parolunu sıfırlamalı idim və bunun üçün az qala iki gün vaxt sərf etdim, çünki Internetdə bu haqda demək olar ki, məlumat yox idi. Gələcəkdə kimdəsə problem yaranan zaman bu qədər vaxt sərf etməməsi üçün bu təlimatı yazmaq qərarına gəldim. Getdik!

Qüdrətli Linux

Əvvəl hər hansı Linux distributivində istifadə edərək sistemi canlı (live) rejimdə yükləmək lazımdır (ACS virtual maşındadır). Mən Linux Ubuntu seçdim. Yüklənən zaman Try Ubuntu seçirik:

ubuntu-install

Daha sonra terminal utilitini işə salırıq:

ubuntu-acs-2

Cisco ACS-in konfiqurasıya faylını açırıq, bunun üçün terminalda _storedconfig qovluğundakı startup-config qovluğuna daxil oluruq.

cd /media/ubuntu/_storedconfig/startup-config-1568202533
cisco-acs-3

nano və ya vim istifadə edərək və mütləq root səlahiyyətləri ilə startup-config faylını açırıq:

sudo nano startup-config
cisco-acs-4

Faylda istifadəçi adı (username) və parol olan sətri tapırıq:

acs-5

“hash” əvəzinə “plain” daxil edib ardınca yeni şifrəni yazırıq. Yaddaşa veririk və Cisco ACS yenidən işə salırıq. Əgər hər şey doğru edilibsə Cisco ACS komanda sətrinə yeni şifrə ilə daxil ola biləcəksiniz.

Yazını paylaş
x

Check Also

Linux-da şifrənin sıfırlanması

Bəzi hallarda sistemdə əməliyyatları məhz root istifadəçisi ilə etmək lazım olur. Məsələn, bu günlərdə çox geniş yayılmış konteyner sistemlərini ƏS-də root istifadəçisi ilə qurmaq tələb olunur. Belə məqamda root istifadəçisinin şifrəsini itirmək heç də xoşagələn hal deyil. Bu yazımızda belə xoşagəlməz halın həllini verəcəyik.

dns-cover-image

dig, nslookup – DNS problemlərinin araşdırılması

dig və nslookup DNS problemlərinin araşdırılması üçün istifadə olunur. dig Linux-da, nslookup isə həm, Linux həm də Windows-da var.

MS Active Directory – təməl anlayışlar

İstifadəçi sayı 10-dan çox olan şirkətlərdə istifadəçilərin mərkəzləşdirilmiş idarəetmə sisteminin olması daha məqsədəuyğundur. Bu gün ən geniş istifadə olunan belə bir sistem Microsoft Şirkətinin məhsulu olan Active Directory həllidir.