İT sahəsində işləyənlər yaxşı bilir ki, zaman-zaman hansısa sistemlərin şifrələrini sıfırlamağa ehtiyac yaranır. Lakin söhbət Cisco ACS haqqındadırsa, bu proses heç də asan olmaya bilər. Bu sahədəki təcbrübəmlə maraqlananları növbəti yazımı oxumağa dəvət edirəm.
Deməli Cisco ACS-da iki tip admin istifadəçi var: veb-interfeysdə admin hüquqlarına malik istifadəçi və komdanda sətri rejimində admin istifadəçi, Linux dili ilə desək – root. Mən ikinci istifadəçinin parolunu sıfırlamalı idim və bunun üçün az qala iki gün vaxt sərf etdim, çünki Internetdə bu haqda demək olar ki, məlumat yox idi. Gələcəkdə kimdəsə problem yaranan zaman bu qədər vaxt sərf etməməsi üçün bu təlimatı yazmaq qərarına gəldim. Getdik!
Qüdrətli Linux
Əvvəl hər hansı Linux distributivində istifadə edərək sistemi canlı (live) rejimdə yükləmək lazımdır (ACS virtual maşındadır). Mən Linux Ubuntu seçdim. Yüklənən zaman Try Ubuntu seçirik:

Daha sonra terminal utilitini işə salırıq:

Cisco ACS-in konfiqurasıya faylını açırıq, bunun üçün terminalda _storedconfig qovluğundakı startup-config qovluğuna daxil oluruq.
cd /media/ubuntu/_storedconfig/startup-config-1568202533

nano və ya vim istifadə edərək və mütləq root səlahiyyətləri ilə startup-config faylını açırıq:
sudo nano startup-config

Faylda istifadəçi adı (username) və parol olan sətri tapırıq:

“hash” əvəzinə “plain” daxil edib ardınca yeni şifrəni yazırıq. Yaddaşa veririk və Cisco ACS yenidən işə salırıq. Əgər hər şey doğru edilibsə Cisco ACS komanda sətrinə yeni şifrə ilə daxil ola biləcəksiniz.
netadmin.az IT haqqında Azərbaycan dilində